Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində növbəti maraqlı mövzu təqdim olunub. "Yapon incəsənəti: sümükdən yaranmış zəriflik" adlı mühazirə Muzeyin Fond şöbəsinin Metal bölməsinin müdiri Xəyalə Nuriyevanın təqdimatında dinlənilib. 

Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində növbəti maraqlı mövzu təqdim olunub. "Yapon incəsənəti: sümükdən yaranmış zəriflik" adlı mühazirə Muzeyin Fond şöbəsinin Metal bölməsinin müdiri Xəyalə Nuriyevanın təqdimatında dinlənilib. Burada kolleksiyadan seçilmiş eksponatlar əsasında yapon incəsənətində özünəməxsus yer tutan sümükdən hazırlanmış dekorativ- tətbiqi sənət əsərləri- okimono, netsuke adlanan kiçik plastik fiqurlar, qadınların vazkeçilməz aksesuarı olan yelpiklər, samuray qılıncı katana və digər ənənəvi sənətkarlıq nümunələrindən bəhs edilib, həmçinin mövzu ilə bağlı videoçarx nümayiş olunub. Sonda məruzəçi auditoriyanı maraqlandıran sualları cavablayıb.

  • Type :

    Lectorium in the Museum
  • Time :

    Nov. 22, 2024 - Nov. 22, 2024

event gallery