Milli İncəsənət Muzeyində təsviri incəsənətdə at obrazına həsr olunmuş mühazirə keçirilib
Oktyabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Təsviri incəsənətdə at obrazı. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında” adlı mühazirə keçirilib.
AMİM-in Qrafika bölməsinin böyük elmi işçisi Aysel Salamovanın təqdim etdiyi mühazirə təsviri incəsənətdə at obrazının bədii ifadə xüsusiyyətlərinə həsr olunub. Muzeyin kolleksiyasında qorunan sənət nümunələri əsasında bu obrazın qrafik əsərlərdə təsviri, kompozisiyadakı yeri və fərqli bədii yanaşmalarla ifadəsi haqqında məlumat verilib.
Mühazirə iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin zəngin kolleksiyasını daha yaxından tanış olaraq at obrazının təsviri sənətdəki özünəməxsus xüsusiyyətlərini öyrəniblər.
Növ :
Muzeydə mühazirəVaxt :
15 Oktyabr 2026 - Noneevent gallery