“Tarixin tədqiqi və tədrisində muzeylərin rolu” fənni üzrə praktik məşğələ muzeydə təşkil olunub
Oktyabrın 14-də Qərbi Kaspi Universitetinin “Tarix” ixtisası üzrə IV kurs 133 T qrupunun tələbələri üçün Azərbaycan Milli İncəsənət Muzeyində praktik məşğələ təşkil olunub. Məşğələ “Tarixin tədqiqi və tədrisində muzeylərin rolu” fənninin tədrisi çərçivəsində (müəllim dos. L. Məmmədova) keçirilib.
Praktik məşğələ tələbələrə muzey fondlarının fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək və nəzəri biliklərini möhkəmləndirmək imkanı yaradıb.
Muzeyin Rəngkarlıq fondunun müdiri Şöhrət Məcnunova tələbələr üçün “Muzey fondları və fond işinin təşkili” mövzusunda mühazirə təqdim edib.
Mühazirədə muzey fondlarının formalaşdırılması, muzey əşyalarının uçotu və inventarlaşdırılması, onların qəbulu və mühafizəsi haqqında geniş məlumat verilib. Tələbələr fond işinin təşkili və muzey əşyalarının qorunması qaydaları ilə tanış olublar.
Daha sonra tələbələrin sualları cavablandırılıb, ekspozisiyada nümayiş olunan əsərlərin üzərindəki inventar nömrələri və onların aid olduğu fondları göstərən işarələrlə əyani tanış olublar.
Növ :
Muzeydə mühazirəVaxt :
14 Oktyabr 2026 - Noneevent gallery