30 yanvar 2025- ci il tarixində saat 16:00- da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində Azərbaycan qrafika sənətinin görkəmli nümayəndəsi Əzim Əzimzadənin 145 illik yubileyinə həsr olunmuş “Əzim Əzimzadənin həyat və yaradıcılığı” adlı növbəti mühazirə keçiriləcək.

Mühazirdə iştirak edərək Siz qrafik-rəssam, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin həyat və yaradıcılığı haqqında dolğun məlumat əldə edəcəksiniz. Xalq rəssamının təsviri sənətimizin inkişafındakı rolu, zəngin yaradıcılığı müqayisəli şəkildə təhlil olunacaq. Əzim Əzimzadənin bədii irsi -kitab illüstrasiyaları, jurnal və qəzetlərdəki rəsmləri, geyim və dekorasiya eskizləri, habelə satirik karikaturalarından söz açılacaq. Mühazirə elmi-tədqiqat şöbəsinin böyük elmi işçisi Gülnaz Mustafayeva tərəfindən təqdim ediləcək.
Növ :
Muzeydə mühazirəVaxt :
30 Yanvar 2025 - 30 Yanvar 2025