Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “AMİM-nin kolleksiyasında mifoloji janrın inciləri” adlı mühazirə keçirilib.

Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “AMİM-nin kolleksiyasında mifoloji janrın inciləri” adlı mühazirə keçirilib.

AMİM-nin İnnovasiya şöbəsinin müdiri Məhbarə Abbasova tərəfindən təqdim olunan mühazirədə miflərin əsas kateqoriyaları, onların xarakterik xüsusiyyətləri və tarixinin müxtəlif dövrlərində mifoloji janrın keçdiyi inkişaf mərhələləri haqqında ətraflı məlumat verilib.

Mühazirədə rəngkarlıq və heykəltaraşlıq sahələrində Baltazar Beşey, Brunetti, Aleksandr Falgyer, Françesko Solimena, Filippo Lauri, Sebastyan Burdon, Covanni Françesko, həmçinin Klod Mişel, Frans fon Ştuk, Antonio Kanova və Fransua Raul-Larş kimi sənətkarların yaradıcılığı təhlil edilib.

Sənət nümunələrində əks olunan Venera və Adonis, Dionis, Rinaldo və Armida, Neptun və Amfitrita, Endimion, Faun, Edip və Sfinks, Vakxanaliya kimi mifoloji süjetlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Mühazirə iştirakçılarda mifoloji mövzuların təsviri sənətdə təcəssümü ilə bağlı böyük maraq doğurub.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    18 Dekabr 2025 - 18 Dekabr 2025

event gallery