Noyabrın 20-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Meksika muralizmi: Dieqo Rivera yaradıcılığı” adlı mühazirə baş tutub.

Noyabrın 20-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Meksika muralizmi: Dieqo Rivera yaradıcılığı” adlı mühazirə baş tutub.

Hazırda AMİM-də davam edən Anauakali Muzeyinin “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisi çərçivəsində keçirilən mühazirə muzeyin böyük elmi işçisi Gülnaz Mustafayeva tərəfindən təqdim olunub.

Məruzəçi dünyaşöhrətli rəssamın yaradıcılıq yoluna geniş nəzər salıb. Avropa avanqard sənət cərəyanlarının təsiri ilə yaratdığı rəngkarlıq tabloları, Meksika xalqının tarixi salnaməsini əks etdirən, müxtəlif binaları bəzəyən monumental əsərləri, ABŞ-də Rokfeller Mərkəzində işlədiyi, bütün dünyada böyük rezonans doğurmuş “İki yolayrıcında qalan insan” freskası geniş təhlil obyektinə çevrilib.

O, həmçinin D.Riveranın parlaq şəxsiyyəti, özünəməxsus xarakterindən, ictimai-siyasi mövqeyinin yaradıcılığına təsirindən, tanınmış rəssam Frida Kalo ilə yaşadığı məşhur məhəbbət hekayətindən bəhs edib.

Çoxsaylı faktlarla zəngin olan mühazirə dinləyicilər tərəfindən maraqla qarşılanıb.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    20 Noyabr 2025 - 20 Noyabr 2025

event gallery