Noyabrın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Rəsm və kostyumlar: incəsənətdə geyimin psixologiyası” adlı mühazirə keçirilib.

Noyabrın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Rəsm və kostyumlar: incəsənətdə geyimin psixologiyası” adlı mühazirə keçirilib.

Mühazirə sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Sevil Əliyeva tərəfindən təqdim olunub. Tədbir geyimin tarix boyunca insanın xarakterini, emosiyalarını və dövrün ideallarını necə əks etdirdiyinə həsr olunub.

İntibahdan modern dövrə qədər olan rəsmlər üzərində aparılan təhlillər zamanı iştirakçılar geyim detallarının gizli məna qatlarını, rənglərin psixoloji təsirini və estetik düşüncənin formalaşmasında geyimin rolunu kəşf ediblər. Mühazirədə geyimin insanın daxili aləmini necə “danışdırdığı”, onun sosial statusu və psixoloji vəziyyəti haqqında hansı işarələri verdiyi barədə maraqlı nüanslar təqdim olunub.

Tədbirin sonunda keçirilən interaktiv tapşırıqlar və testlər dinləyicilərə rəng və geyim dili ilə bağlı biliklərini yoxlamaq və daha da möhkəmləndirmək imkanı yaradıb.

Tədbir iştirakçıların çoxsaylı sualları və mövzu ətrafında aparılan maraqlı müzakirələrlə yekunlaşıb.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    13 Noyabr 2025 - 13 Noyabr 2025

event gallery