Oktyabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Tarixin əks sədası: Xalq rəssamı Xanlar Əhmədov” adlı mühazirə keçirilib.
Oktyabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Tarixin əks sədası: Xalq rəssamı Xanlar Əhmədov” adlı mühazirə keçirilib.
AMİM-nin Mədəniyyət və Təhsil şöbəsinin əməkdaşı, sənətşünas Günel Zaur tərəfindən təqdim olunan mühazirədə dinləyicilərə Xalq rəssamı Xanlar Əhmədovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Onun monumental və dəzgah heykəltəraşlığı sahəsində yaratdığı əsərlərdən geniş bəhs edilib.
Dinləyicilər heykəltəraşın muzeydə qorunan əsərləri haqqında maraqlı faktlarla tanış olublar.
Daha sonra Xalq rəssamı Xanlar Əhmədov tədbirdə çıxış edərək heykəltəraşlıq sənətinin özünəməxsusluğundan, bu sahəyə olan sevgisindən danışıb. Heykəltəraş, həmçinin, Azərbaycan Milli İncəsənət Muzeyinə sənətə göstərdiyi diqqət və dəstəyə görə dərin təşəkkürünü bildirib.
Maraqla qarşılanan mühazirə sonda müzakirə və auditoriyanın sualları ilə yekunlaşıb.
Tədbirdən sonra Xanlar Əhmədov muzeydə nümayiş olunan yeni sərgilər və daimi ekspozisiya ilə tanış olub.
Növ :
Muzeydə mühazirəVaxt :
16 Oktyabr 2025 - 16 Oktyabr 2025event gallery