Oktyabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində "Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi" adlı mühazirə keçirilib. Tədbir muzeydə yeni açılmış eyniadlı sərgi çərçivəsində baş tutub.
Oktyabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində "Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi" adlı mühazirə keçirilib. Tədbir muzeydə yeni açılmış eyniadlı sərgi çərçivəsində baş tutub.
Dieqo Rivera Anauakali Muzeyin direktoru Teresa Moya tərəfindən təqdim olunan mühazirədə dinləyicilərə XX əsr Meksika incəsənətinin ən parlaq simalarından biri olan D.Riveranın zəngin həyat və yaradıcılıq yolu, unikal sənət əsərləri barədə maraqlı bilgilər təqdim edilib. Məruzəçi Riveranın yaradıcılığında mühüm yer tutan sosial ədalət ideyaları, xalqın mənəvi gücünü əks etdirən, XX əsr Meksika tarixinin salnaməsi kimi izlənən monumental divar rəsmləri barədə geniş məlumat verib.
Dinləyicilər rəssamın Meksika, ABŞ-də müxtəlif binalar üçün yaratdığı "Yaradılış", "İki yol ayrıcında qalan insan", "İnsan, kainatın idarəçisi" və digər monumental divar rəsmləri haqqında maraqlı faktlarla tanış olublar.
Teresa Moya, həmçinin rəhbərlik etdiyi, D.Riveranın təşəbbüsü ilə yaradılmış Anauakali Muzeyinin yaranma tarixindən, görkəmli rəssamın burada qorunan, 50.000-ə yaxın eksponatı əhatə edən zəngin kolleksiyasından, D.Riveranın mirasının qorunması istiqamətində görülən işlərdən danışıb.
Maraqla qarşılanan mühazirə sonda müzakirə və auditoriya tərəfindən məruzəçiyə yönlənən çoxsaylı suallarla yekunlaşıb.
Daha sonra iştirakçılar birlikdə “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisi ilə yaxından tanış olublar.
Növ :
Muzeydə mühazirəVaxt :
15 Oktyabr 2025 - 15 Oktyabr 2025event gallery