Azərbaycan Milli İncəsənət Muzeyində 27 sentyabr - Anım gününə həsr edilmiş tədbirlər çərçivəsində “Zəfərə gedən yol” adlı mühazirə təqdim olunub.

Azərbaycan Milli İncəsənət Muzeyində 27 sentyabr - Anım gününə həsr edilmiş tədbirlər çərçivəsində “Zəfərə gedən yol” adlı mühazirə təqdim olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin Sərgi və tərtibat şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyev çıxış edərək Vətən müharibəsi qəhrəmanlarının təsviri sənətdə yaradılan obrazlarından söz açıb. O, bu əsərlərin milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynadığını vurğulayıb.

“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” ictimai birliyin Yasamal rayon təşkilatının sədri, ehtiyatda olan polkovnik-leytenant Bəhram Şeydayev öz çıxışında 27 sentybrın Azərbaycan xalqının dünyada öz gücünü və Vətən sevgisini nümayiş etdirdiyi tarixi gün olduğunu qeyd edib.

O həmçinin bu günün xalqımız üçün daşıdığı böyük mənəvi önəmdən danışıb.

“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” ictimai birliyin Yasamal rayon təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik-leytenant Anar Həsənov isə 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan və xatirələrindən söz açıb.

Tədbir şanlı tariximizin yazıldığı günlə bağlı hazırlanmış videoçarxların nümayişi ilə başa çatıb.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    27 Sentyabr 2025 - 27 Sentyabr 2025

event gallery