İyunun 19-da Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsində "Akif Əsgərovun yaradıcılığının bədii xüsusiyyətləri" adlı növbəti maraqlı mühazirə dinləyicilərə təqdim olunub.
İyunun 19-da Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsində "Akif Əsgərovun yaradıcılığının bədii xüsusiyyətləri" adlı növbəti maraqlı mühazirə dinləyicilərə təqdim olunub.
Azərbaycan Rəssamlıq Akademiyası "Heykəltəraşlıq" kafedrasının baş müəllimi Roza Həsənovanın təqdimatında baş tutan mühazirə hazırda Xalq rəssamı Akif Əsgərovun muzeydə davam edən "Ruhun sədası" sərgisi çərçivəsində keçirilib.Məruzəçi tərəfindən görkəmli heykəltəraşın həyat yolu, yaradıcılıq mərhələləri, əsas mövzu dairəsi və sərgidə nümayiş etdirilən əsərləri haqqında geniş danışılıb. Həmçinin, Roza Həsənova Akif Əsgərovla bağlı xatirələrini bölüşüb. Sonda isə məruzəçi auditoriyanın suallarını cavablanıdırıb.
Qeyd edək ki, Roza Həsənova "Azərbaycan heykəltəraşlığında Akif Əsgərov yaradıcığının bədii xüsusiyyətləri" adlı sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müəllifidir.
Növ :
Muzeydə mühazirəVaxt :
19 İyun 2025 - 19 İyun 2025event gallery