Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Sirdən hörülmüş gözəllik: türkmən xalçaları və xalça məmulatları” adlı mühazirə keçirilib.
Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Sirdən hörülmüş gözəllik: türkmən xalçaları və xalça məmulatları” adlı mühazirə keçirilib.
AMİM-nin Tikmə bölməsinin müdiri Könül Zeynalova məruzədə minillik tarixə malik türkmən xalçaçılıq sənəti haqqında danışıb. O, salor, tekin, yomud və digər tayfaların yaratdığı xalça və xalça məmulatlarının texnoloji xüsusiyyətləri, bədii-estetik çalarları və ornamentlərin simvolikası haqqında ətraflı məlumat verib. Türkmən xalçalarının unikal naxışları, tayfa ənənələri və bu sənətin türk-müsəlman mədəniyyətindəki yeri vurğulanıb.
Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb və interaktiv müzakirələrlə müşayiət olunub.
Növ :
Muzeydə mühazirəVaxt :
5 İyun 2025 - 5 İyun 2025event gallery