Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində növbəti mövzu görkəmli fırça ustası, Xalq rəssamı Toğrul Nərimanbəyovun 95 illik yubileyinə həsr edilmiş “Azərbaycan rəssamlığında Toğrul Nərimanbəyovun yeri və önəmi” adlı mühazirə olunub.

Muzeyin Sərgi və tərtibat şöbəsinin böyük elmi işçisi, sənətşünas Vaqif Muğallının təqdim etdiyi mühazirədə böyük sənətkarın keçdiyi zəngin həyat və sənət yolundan, özünəməxsus üslubundan, təsviri sənətimizə verdiyi əvəzsiz töhfələrdən, monumental və dəzgah rəngkarlığı sahəsində yaratdığı əsərlərdən, kolleksiyamızda yer tutan tablolarından geniş bəhs edilib.
Muzeyin “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı ekspozisiyasında yer alan əsərlərinin onun seçilən dəst-xəttinin parlaq nümunələri olduğu vurğulanıb.
Rəssamın təsviri sənətimizin dəyərli hissəsinə çevrilmiş yaradıcılığını əhatə edən, dolğun təhlillərlə yadda qalan mühazirə dinləyicilər tərəfindən maraqla dinlənib.
Növ :
Muzeydə mühazirəVaxt :
29 May 2025 - 29 May 2025event gallery