Mayın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş "Milli dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin sənət yolu" adlı görüş və ustad dərsi keçirilib.

18 May- Beynəlxalq Muzeylər Günü çərçivəsində baş tutan tədbirdə sənətşünas Məhbarə Abbasova Mirzə Qədim İrəvaninin həyat və yaradıcılıq yolu, sənət üslubu və Azərbaycan təsviri sənətindəki rolu haqqında mühazirə ilə çıxış edib. O, sənətkarın portret janrına gətirdiyi yeniliklər, monumental və dəzgah boyakarlığı, qrafika sahələrindəki fəaliyyəti haqqında ətraflı şəkildə iştirakçılara məlumat verib.
Ustad dərsində Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi bərpa şöbəsinin rəssamı Samir Talıbov mühazirə ilə paralel şəkildə Mirzə Qədim İrəvaninin “Qızılgül və bülbül” adlı əsərinin reproduksiyasını canlı olaraq fırçaya alıb. Böyük maraqla qarşılanan tədbirin sonunda sənətkarın bu nəfis gözəlliyə malik əsərinin surəti muzeyi ziyarət edən xarici dinləyiciyə hədiyyə olunub.
Növ :
Muzeydə mühazirəVaxt :
16 May 2025 - 16 May 2025event gallery