Mayın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirlər çərçivəsndə “Mədəni turizmin inkişafında muzeylərin rolu” adlı mühazirə keçirilib.
Mayın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirlər çərçivəsndə “Mədəni turizmin inkişafında muzeylərin rolu” adlı mühazirə keçirilib. AMİM-nin direktor müavini Araz Osmanovun təqdimatında baş tutan mühazirədə Azərbaycan və dünya muzeylərinin turizm sahəsindəki əhəmiyyətli rolundan, turizmin növlərindən, muzeylərin mədəni və tarixi irsi qoruyaraq onu cəlbedici şəkildə təqdim etməsinin önəmindən ətraflı bəhs edilib. Mühazirə dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Növ :
Muzeydə mühazirəVaxt :
15 May 2025 - 15 May 2025event gallery