Mayın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış qrafika ustası Elmas Hüseynovun anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Əməkdar İncəsənət xadimi Elmas Hüseynovun yaradıcılığı” adlı mühazirə keçirilib.
Mayın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış qrafika ustası Elmas Hüseynovun anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Əməkdar İncəsənət xadimi Elmas Hüseynovun yaradıcılığı” adlı mühazirə keçirilib. AMİM-nin Mədəniyyət və təhsil şöbəsinin əməkdaşı, sənətşünas Günel Zaur tərəfindən təqdim edilmiş mühazirədə rəssamın əsərlərinə xas bədii ideya yükü, onun sənətə verdiyi töhfələr və qrafika sahəsindəki yerindən bəhs edilib. Elmas Hüseynovun monumental divar boyakarlığı sahəsindəki fəaliyyəti, ənənə və müasirlik üzərində ərsəyə gətirdiyi mozaikalardan söz açılıb.
Tədbirdə çıxış edən Xalq rəssamı Arif Hüseynov Elmas Hüseynovun qrafik əsərlərinin, xüsusilə çoxsaylı kitablara işlədiyi illüstrasiyaların özünəməxsus xüsusiyyətlərindən, həmçinin sənət dostu ilə bağlı xatirələrindən danışıb.
Sənətkarın ailə üzvlərinin də qatıldığı mühazirə böyük maraqla qarşılanıb.
Növ :
Muzeydə mühazirəVaxt :
13 May 2025 - 13 May 2025event gallery