Mayın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Oqtay Sadıqzadə yaradıcılığının parlaq obrazları” adlı mühazirə keçirilib.

Mayın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Oqtay Sadıqzadə yaradıcılığının parlaq obrazları” adlı mühazirə keçirilib. AMİM-nin elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimlinin təqdimatında baş tutmuş mühazirədə Xalq rəssamı, təsviri sənətin qrafika və rəngkarlıq sahələrində dəyərli əsərlər yaratmış Oqtay Sadıqzadənin həyat yolundan, yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən, bədii irsində önəmli yer tutan Ulu öndər Heydər Əliyevin, eləcə də muzeyin kolleksiyasında qorunub saxlanılan akademik Zərifə Əliyevanın, Ümummilli Liderin sifarişi ilə işlənmiş kraliça II Yelizavetanın, həmçinin Xurşidbanu Natəvanın, anası şairə Ümmügülsüm xanımın və digər parlaq simaların portretlərindən bəhs olunub.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    8 May 2025 - 8 May 2025

event gallery