Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində keçirilən növbəti görüş 1920–1980-ci illərdə Azərbaycan qrafika sənətinin inkişaf mərhələlərinə həsr olunub.
Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində keçirilən növbəti görüş 1920–1980-ci illərdə Azərbaycan qrafika sənətinin inkişaf mərhələlərinə həsr olunub. Muzeyin Mədəniyyət və Təhsil şöbəsinin əməkdaşı, sənətşünas Günel Zaurun təqdim etdiyi mühazirə sənətsevərləri qrafika dünyasının zəngin tarixçəsi ilə tanış edib.Mühazirədə bu altmış illik dövr ərzində qrafika sənətində baş verən üslub dəyişiklikləri, texniki axtarışlar və tematik zənginlik əhatəli şəkildə təhlil olunub. Dəzgah qrafikasından başlanğıc götürülərək kitab illüstrasiyası və təbliğat plakatlarına qədər geniş spektrdə təqdim olunan nümunələrdə onların əsas bədii xüsusiyyətləri, texniki yenilikləri və sosial-mədəni kontekstdə rolu təhlil edilib. Mühazirə dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Növ :
Muzeydə mühazirəVaxt :
24 Aprel 2025 - 24 Aprel 2025event gallery