Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində növbəti mövzu Əməkdar rəssam, Azərbaycan monumental heykəltaraşlığının ilk qadın nümayəndəsi kimi adını incəsənət tariximizə yazdıran Münəvvər Rzayevanın yaradıcılıq yolu haqqında oldu.

Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində növbəti mövzu Əməkdar rəssam, Azərbaycan monumental heykəltaraşlığının ilk qadın nümayəndəsi kimi adını incəsənət tariximizə yazdıran Münəvvər Rzayevanın yaradıcılıq yolu haqqında oldu. Muzeyin Sərgi və tərtibat şöbəsinin böyük elmi işçisi, sənətşünas Vaqif Muğallının təqdim etdiyi mühazirədə görkəmli heykəltəraşın həyat yolunu əks etdirən fotolarla bərabər, yaradıcılığının ilk dövrlərindən ömrünün sonuna kimi yaratdığı bir-birindən qiymətli, əvəzsiz sənət nümunələri - dövlət və ədəbi xadimlərə, əmək qəhrəmanlarına həsr edilmiş monumental heykəlləri, büst, portret və s. əsərləri işıqlandırıldı. Bakıda M.Müşfiq, S. Qazıyeva, A.Sultanova, Mərdəkanda S.Yesenin, Gəncədə M.Gəncəvi, N. Rəfibəyli, İmişlidə S.Vurğun, Qubada M.Ə.Sabir heykəllərinin yaranma tarixi, bədii xüsusiyyətləri barədə ətraflı məlumatın verildiyi mühazirə dinləyicilər tərəfindən maraqla dinlənildi.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    17 Aprel 2025 - 17 Aprel 2025

event gallery