Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində növbəti mövzu AMİM-nin kolleksiyasında impressionist rəssamların əsərlərinə həsr olunub.
Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində növbəti mövzu AMİM-nin kolleksiyasında impressionist rəssamların əsərlərinə həsr olunub. Muzeyin İnnovasiya şöbəsinin müdiri, sənətşünas Məhbarə Abbasovanın təqdim etdiyi mühazirədə bir sıra məşhur və adları dünya sənət tarixinə az bəlli olan impressionist rəssamların əsərlərindən danışılıb. Ş.Milsandro, E.Jiran, L.Leman, İ. Kern, F.Adolfo, P. Lissak, F. Bazill kimi Avropa sənətkarlarının, həmçinin rus impressionizminin görkəmli nümayəndələri K. Korovin, V.Serov, L. Pasternakın, eləcə də bu üslubdan təsirlənmiş Azərbaycan rəssamlarının əsərləri mövzu kontekstində geniş işıqlandırılıb. Bununla yanaşı, impressionizmin yaranma tarixi, əsas bədii xüsusiyyətləri və bu cərəyanın incəsənət tarixindəki rolu barədə ətraflı məlumatın verildiyi mühazirə dinləyicilər tərəfindən maraqla dinlənilib.
Növ :
Muzeydə mühazirəVaxt :
10 Aprel 2025 - 10 Aprel 2025event gallery