15 oktyabr 2024-cü il tarixində saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək “İpək Yolu incəsənəti” adlı elmi mühazirəyə keçiriləcək. ABŞ-ın Uilyam Paterson Universitetinin professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Fulbright təqaüdçüsü He Çjan tərəfindən təqdim olunacaq mühazirə əsas diqqəti qədim İpək Yolunun Mərkəzi Asiya hissəsinə yönəltməklə eramızdan əvvəl II əsrdən monqol dövrünə qədərki bəzi sənət ənənələrinin qısa icmalını əhatə edəcək. Bəhs edilən dövrdə Şərq və Qərbin inteqrasiyası kontekstində sənət üslublarının mübadiləsi vurğulanacaq.
Mühazirə ingilis dilində keçiriləcək (vizual material Azərbaycan dilində də təqdim olunacaq). Giriş sərbəstdir.
Növ :
Muzeydə mühazirəVaxt :
15 Oktyabr 2024 - 15 Oktyabr 2024