Azərbaycan Milli İncəsənət Muzeyində «Muzeydə mühazirə» layihəsi çərçivəsində növbəti mövzu dünya incəsənətinin görkəmli nümayəndəsi, məşhur holland rəssamı Frans Hals və onun təsiri ilə işləmiş rəssamlara həsr olunub.

Azərbaycan Milli İncəsənət Muzeyində «Muzeydə mühazirə» layihəsi çərçivəsində növbəti mövzu dünya incəsənətinin görkəmli nümayəndəsi, məşhur holland rəssamı Frans Hals və onun təsiri ilə işləmiş rəssamlara həsr olunub. Muzeyin İnnovasiya şöbəsinin müdiri, sənətşünas Məhbarə Abbasova tərəfindən təqdim olunan məruzədə XVII əsr Hollandiya rəssamlığının əsas bədii xüsusiyyətləri, F.Halsın unikal üslubu və onun həmkarlarına göstərdiyi təsir haqqında ətraflı məlumat verilib. AMİM-nin kolleksiyasında yer alan Adrian Brauver, Adrian van Ostade, Mixil Yans van Mirevelt kimi görkəmli rəssamların əsərlərindən ibarət təqdimatın nümayiş olunduğu mühazirə dinləyicilər tərəfindən maraqla qarşılanıb.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    3 Aprel 2025 - 3 Aprel 2025

event gallery