Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr edilmiş "Xocalı soyqırımı rənglərin dili ilə" adlı mühazirə keçirilib.

Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr edilmiş "Xocalı soyqırımı rənglərin dili ilə" adlı mühazirə keçirilib. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra AMİM-nin Sərgi və tərtibat şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyev insanlığa qarşı yönəlmiş bu vandalizm aktının tarixindən, mövzunun Azərbaycan rəssamlarının yaradıcılığında əksindən ətraflı bəhs edib. Muzeyin kolleksiyasında yer almış çoxsaylı təsviri sənət nümunələrinin fotoları nümayiş olunaraq məruzəçi tərəfindən tarixi faciənin kontekstində geniş təhlil obyektinə çevrilib.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    26 Fevral 2025 - 26 Fevral 2025

event gallery