13 fevral 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Milli İncəsənət Muzeyi: tarixin dərinliyindən zamanın zirvəsinə kimi” adlı mühazirə keçirilib.
13 fevral 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Milli İncəsənət Muzeyi: tarixin dərinliyindən zamanın zirvəsinə kimi” adlı mühazirə keçirilib. AMİM-in Mədəniyyət və təhsil şöbəsinin müdiri Səbinə Məlikova tərəfindən təqdim olunmuş mühazirədə Azərbaycan Milli İncəsənət Muzeyinin yaranma tarixindən, bugünədək keçdiyi inkişaf yolundan, milli və dünya mədəni irsini əhatə edən zəngin kolleksiyasından, həmçinin müxtəlif auditoriyalar üçün nəzərdə tutulmuş mədəni və təhsil proqramlarından bəhs edilib. Muzeyin bu gün zəngin irsimizi qoruyaraq gələcək nəsillərə çatdıran mədəniyyət müəssisəsi kimi əvəzsiz rolu xüsusi vurğulanıb. Mühazirə auditoriya tərəfindən böyük maraqla qarşılanıb.
Növ :
Muzeydə mühazirəVaxt :
13 Fevral 2025 - 13 Fevral 2025event gallery