Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində növbəti mövzuMuzey turizm tədbirlərinin obyekti kimioldu.

Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində növbəti mövzuMuzey turizm tədbirlərinin obyekti kimioldu. AMİM-in direktor müavini Araz Osmanov tərəfindən təqdim olunan mühazirədə muzeylərin turizmdə rolu, onların cəlbediciliyinin artırılması üsulları və yerli muzeylərə daha çox ziyarətçilərin cəlb olunması istiqamətində müzakirələr aparıldı. İnteraktiv formada keçən mühazirədə iştirakçılarla mühazirəçi arasında maraqlı fikir mübadiləsi yer aldı. Muzeyimizi daha geniş auditoriyaya tanıtmaq və mədəni irsimizi qoruyaraq gələcək nəsillərə ötürmək üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanan mühazirə dinləyicilər tərəfindən çox böyük marağa səbəb oldu.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    20 Fevral 2025 - 20 Fevral 2025