Sentyabrın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” adlı yeni daimi ekspozisiyanın açılışı olub.

Sentyabrın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” adlı yeni daimi ekspozisiyanın açılışı olub. Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq rəssamı, akademik Ömər Eldarov və Azərbaycan Memarlar İtiffaqının sədri, Əməkdar memar Elbay Qasımzadə çıxış edərək ekspozisiyanın milli incəsənətimizin ötən əsrin 50-ci illərindən başlayaraq 2000-ci illərədək müxtəlif dövrlərini bir araya gətirməsi, rəssam və heykəltəraşların yaradıcılıq yolunu müəllifləri olduqları parlaq sənət nümunələri vasitəsilə təqdim etməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Daha sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    30 Sentyabr 2025 - 30 Sentyabr 2025

event gallery