Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı, müasir mənzərə rəngkarlığının görkəmli nümayəndəsi Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş “Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı” adlı sərgi açılıb. Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli,ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, respublikamızın digər görkəmli mədəniyyət, ictimai və elm xadimləri iştirak ediblər.
Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı, müasir mənzərə rəngkarlığının görkəmli nümayəndəsi Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş “Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı” adlı sərgi açılıb. Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli,ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, respublikamızın digər görkəmli mədəniyyət, ictimai və elm xadimləri iştirak ediblər. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Salhab Məmmədov, tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, muzeyin Elmi-tədqiqat şöbəsinin müdiri Telman İbrahimov çıxış edərək dahi sənətkar Səttar Bəhlulzadənin milli təsviri sənətdə qoyduğu təkrarsız izdən, sərginin Azərbaycan incəsənəti üçün daşıdığı mühüm əhəmiyyətdən danışıblar.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın muzeyin kolleksiyasından seçilmiş 40-dan çox rəngkarlıq və qrafika əsəri yer alıb. Bununla yanaşı, görkəmli sənətkarın muzey tərəfindən yeni əldə olunan 2 rəsm albomu ilk dəfə nümayiş edilir. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovadır.
Hələ sağlığında ikən adı əfsanəyə çevrilmiş Səttar Bəhlulzadə bütün yaradıcılığı boyu böyük məhəbbətlə sevdiyi doğma yurdun təbiətini tərənnüm etmiş və öz əsərlərində onun bütöv obrazını əbədiləşdirmişdir. Rəssamın tablolarının koloritində hansısa aparıcı rəng üstünlük təşkil edir ki, onun köməyi ilə çox zaman əsərin aid olduğu konkret yaradıcılıq mərhələsini təyin etmək mümkündür. Təqdim edilən sərginin ekspozisiyasında yer alan əsərlər məhz bu prinsip əsasında qurulmuşdur.
Sənət yolunun başlanğıcını təcəssüm edən mavi rəngli ilk zalda realizmdən qaynaqlanan təbiət təsvirləri, əbədi gənclik, mənəvi hüzur, təbiət gözəlliklərinə məhəbbətlə əlaqələndirilən yaşıl zalda isə Azərbaycan mənzərələrinin ayrı-ayrı cizgiləri, qrafik rəsmləri yer almışdır.
Qırmızı zalda sənətə ehtirasla bağlanan rəssamın öz dəst-xəttini formalaşdıraraq milli mənzərə rəngkarlığında yeni səhifə açdığı dövr əks olunub. Sarı zal isə odlar yurdu Azərbaycanın valehedici mənzərələrini təcəssüm etdirərək, həm də rəssamın sakral dünyasının ifadəçisidir.
Yaradıcılığının kuliminasiya nöqtəsini həyatı boyu yaşatdığı mənəvi paklığı, daxili nuru, sənətkar və şəxsiyyətin bir varlıqda vəhdətini özündə ehtiva edən bəyaz zal xəyal etdiyi “Gülüstan”a, sanki ağ duvağa bürünmüş “Xəzər gözəli”nə, “Mavi əfsanə”yə, tərənnüm etməkdən usanmadığı Abşerona əbədi sevgisinin izharıdır.
Multimedia vasitələrindən istifadə edilən sərgidə rəssamın “Gülüstan” əsəri animasiya formasında da təqdim olunur. Bununla yanaşı, sənətkarın vitrində sərgilənən albomlarının bütün səhifələri sensorlu ekran (touchscreen) vasitəsilə nümayiş edilir, həmçinin “Bu, Səttar Bəhlulzadədir” sənədli filmindən fraqment göstərilir.
Sərgi 31 yanvar 2025-ci il taixinədək davam edəcək.
Type :
ExhibitionsTime :
Nov. 6, 2024 - Feb. 28, 2025event gallery