Azərbaycan Milli İncəsənət Muzeyində davam edən “Xəyalların qanadlarında” adlı sərgi çərçivəsində Xalq rəssamı Sirus Mirzəzadə ilə tələbələrin görüşü baş tutub.

Azərbaycan Milli İncəsənət Muzeyində davam edən “Xəyalların qanadlarında” adlı sərgi çərçivəsində Xalq rəssamı Sirus Mirzəzadə ilə tələbələrin görüşü baş tutub.

Əvvəlcə görüş iştirakçıları sərgini ziyarət ediblər. Qeyd olunub ki, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələri sırasında yer alan Sirus Mirzəzadə həm monumental, həm də dəzgah rəngkarlığı, eləcə də qrafika sahələrində ərsəyə gətirdiyi çoxsaylı əsərlərlə incəsənətimizə dəyərli töhfələr verib. Onun yaradıcılığı qədim və köklü ənənələr üzərində formalaşıb. Rəssamın əsərlərində Azərbaycanın qədim qayaüstü rəsmləri, böyük vurğunu olduğu Təbriz miniatür üslubu, həmçinin ənənəvi Şərq incəsənəti özünəməxsus yanaşma, peşəkər rəssam improvizasiyası ilə özünə yeni həyat qazanıb.

Daha sonra tədbir auditoriyanın fəallığı ilə müşayiət olunan dialoq formatında davam edib. Tələbələr onları maraqlandıran çoxsaylı sualları Xalq rəssamına ünvanlayıblar. Sirus Mirzəzadə gənclərlə görüşdən məmnun qaldığını vurğulayaraq onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    25 Fevral 2025 - 25 Fevral 2025

event gallery