Milli İncəsənət Muzeyində Aydan Salahovanın “Qız qalası” layihəsinin açılışı olub
Oktyabrın 31-də Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış rəssam Aydan Salahovanın “Qız qalası” adlı fərdi layihəsinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Xalq rəssamı Fərhad Xəlilov və layihənin müəllifi, tanınmış rəssam Aydan Salahova çıxış ediblər. Çıxışlar zamanı layihənin konseptual ideyası, bədii xüsusiyyətləri və ərsəyə gəlmə prosesi haqqında fikirlər bölüşülüb. Qız qalası obrazının müasir incəsənət kontekstində yenidən şərh olunmasının əhəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi indi duy” mədəniyyət festivalı çərçivəsində təqdim olunan layihə oktyabrın 29-dan etibarən muzeydə nümayiş olunur.
Sərgi 30 yanvar 2027-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.
Növ :
SərgilərVaxt :
31 Oktyabr 2026 - Noneevent gallery