İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib. Ekspozisiyada rəssamın şəxsi kolleksiyasından 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər, o cümlədən monumental rəngkarlıq tabloları və kiçikformatlı qrafik işlər nümayiş olunur.
Bu əlamətdar ziyarət Azərbaycan Milli İncəsənət Muzeyi üçün xüsusi əhəmiyyət daşıyır və görkəmli sənətkar Fərhad Xəlilovun yaradıcılığına göstərilən yüksək diqqət və ehtiramın ifadəsidir.
Növ :
SərgilərVaxt :
27 Oktyabr 2026 - Noneevent gallery