Fevralın 20-da Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley sərgisinin açılışı baş tutub.

Fevralın 20-da Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley sərgisinin açılışı baş tutub.

Çoxsaylı ictimaiyyət nümayəndələrinin qatıldığı açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbayacan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Xalq rəssamları Ömər Eldarov, Fuad Salayev, s.ü.f.d. Telman İbrahimov, Davud Kazımovun oğlu, AzRA-nın professoru Akif Kazımov çıxış ediblər.

Çıxışlarda görkəmli rəssam Davud Kazımovun Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərindən, milli rəngkarlıq məktəbinə verdiyi töhfələrdən, gənc rəssamların formalaşmasındakı rolundan bəhs edilib, yüksək insani keyfiyyətləri, tələbələrinə olan qayğıkeş münasibəti ilə bağlı səmimi xatirələr bölüşülüb. Daha sonra qonaqlar sərgi ilə tanış olublar. 

Sərgi 31 mart 2026-cı il tarixinədək davam edəcək.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    20 Fevral 2026 - 31 Mart 2026

event gallery