Fevralın 13-də təqdim olunan “Antinomia”sərgisində vizual sənətlər nəzəriyyəçisi, rəssam Elçin Şamillinin foto, qrafik kompozisiya və instalyasiyalardan ibarət 15 əsəri nümayiş olunur. Sərgidə yer alan əsərlər varlığın dəyişkən təbiətini, zaman və məkan arasındakı keçid hallarını, eləcə də məntiqi və mistik qatların toqquşmasını vizual dillə ifadə edir.
Fevralın 13-də təqdim olunan “Antinomia”sərgisində vizual sənətlər nəzəriyyəçisi, rəssam Elçin Şamillinin foto, qrafik kompozisiya və instalyasiyalardan ibarət 15 əsəri nümayiş olunur. Sərgidə yer alan əsərlər varlığın dəyişkən təbiətini, zaman və məkan arasındakı keçid hallarını, eləcə də məntiqi və mistik qatların toqquşmasını vizual dillə ifadə edir. Təqdim edilən əsərlərdə antinomia anlayışı yaddaş, transformasiya və transendent reallıq mövzuları üzərindən açılır, simvollar isə müxtəlif reallıq qatları arasında əlaqə yaradan əsas vasitə kimi çıxış edir. Əsərlər tamaşaçını mövcudluğun ziddiyyətlərini hiss etməyə, görünənlə görünməyən arasındakı sərhədlər üzərində düşünməyə çağırır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli dizayn və incəsənət nəzəriyyəsinə həsr olunmuş 40-dan çox elmi məqalənin, “Dizaynda və incəsənətdə vizual formanın qavranılması”, “Dizaynın paradiqması: memarlığın əvəzi”, “İncəsənətdə abstrakt vektor” və digər monoqrafiyaların müəllifidir. O, həmçinin rəssam, heykəltəraş və qrafik kimi 1994-cü ildə Bakı İncəsənət Mərkəzində (“Yeni Gallery”), 2006 və 2008-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda fərdi sərgilərlə çıxış edib, əsərləri Bakı, Reklinqhauzen, Budapeşt, Avinyon, London, Aberdin, Moskva və Sankt-Peterburqda keçirilən qrup sərgilərində nümayiş olunub.
Vizual strukturlar müvəqqəti keçid məkanlarını və zamanın çatlarını xatırladan kompozisiyalarla qurulub. Bu yanaşma insanın həm mövcudluğunu, həm də yoxluq hissini eyni anda yaşamasına işarə edir. Sərgi bütövlükdə idrakın məhdudluğunu və estetik təcrübə vasitəsilə onun aşılması imkanını ön plana çıxarır.
Sərgi 31 mart, 2026-cı il tarixinədək davam edəcək.
Növ :
SərgilərVaxt :
13 Fevral 2026 - 31 Mart 2026event gallery