Yanvarın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspozisiyanın açılışı baş tutub. Azərbaycan Milli İncəsənət Muzeyi və bp-nin əməkdaşlığı ilə ərsəyə gəlmiş ekspozisiya XX əsrin ikinci yarısında Azərbaycan təsviri sənətinin inkişafında mühüm mərhələ təşkil edən nonkonformist sənət hərəkatının aparıcı nümayəndələrinin yaradıcılığına həsr olunub.

Açılış mərasimində bp-nin AGT üzrə regional prezidenti Cio Kristofoli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış ediblər. Çıxışlarda XX əsrin 60-cı illərində formalaşmış bu sənət istiqamətinin Azərbaycan təsviri sənətində estetik düşüncənin yenilənməsində və fərdi yaradıcılıq azadlığının bərqərar olmasında oynadığı mühüm rolu vurğulayıblar. Qeyd olunub ki, nonkonformist sənət nümayəndələri dövrün ideoloji çərçivələrindən kənara çıxaraq milli bədii ənənələri müasir ifadə vasitələri ilə sintez edərək Azərbaycan incəsənətinə yeni baxış və üslub gətiriblər. Bu irsin qorunub saxlanılması və geniş auditoriyaya təqdim edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb, yeni daimi ekspozisiyanın gənc nəsil üçün həm tarixi yaddaşın möhkəmləndirilməsi, həm də müasir yaradıcılıq üçün ilham mənbəyi olduğu bildirilib.

Tədbirin bədii hissəsində Xalq artisti Fidan Hacıyeva və pianoçu Şahin Yəhyazadə tərəfindən dünya klassik musiqisi incilərindən nümunələr ifa olunub.

Daha sonra qonaqlar ekspozisiya ilə yaxından tanış olublar.

Qeyd edək ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın kuratorluğu ilə hazırlanmış yeni ekspozisiya zalının təmiri və dizaynı bp və tərəfdaşlarının dəstəyi ilə həyata keçirilmiş, layihə şirkətin tərəfdaşlarından olan “Greentech Solutions” MMC tərəfindən icra olunmuşdur. Təmir və dizayn həllərində müasir muzey ekspozisiya prinsipləri əsas götürülmüş, əsərlərin konseptual və vizual təqdimatına xüsusi diqqət yetirilmişdir.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    23 Yanvar 2026 - 31 Dekabr 2030

event gallery