Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində əvəzolunmaz səsi və mahnıları ilə Azərbaycan musiqisini dünyaya tanıdan ölməz sənətkar Rəşid Behbudovun 110 illik yubileyinə həsr edilmiş “Səsin rəngi” sərgisinin açılış mərasimi keçirilib.
Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində əvəzolunmaz səsi və mahnıları ilə Azərbaycan musiqisini dünyaya tanıdan ölməz sənətkar Rəşid Behbudovun 110 illik yubileyinə həsr edilmiş “Səsin rəngi” sərgisinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Rəşid Behbudov Fondunun təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və R.Behbudovun şəxsi kolleksiyasından seçilmiş sənət nümunələri yer alır.
Sərginin açılışında Azərbacan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Əməkdar rəssam, ali dərəcəli bərpaçı Natiq Səfərov, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov çıxış ediblər. Çıxışlar zamanı Rəşid Behbudovun özünəməxsus ifası və aktyorluq məharəti ilə milli musiqi və kino sənətimizə verdiyi dəyərli töhfələr, həmçinin Azərbaycan mədəniyyətini dünyada layiqincə tanıtması xüsusi qeyd olunub.
Tədbirdə Xalq rəssamı Asəf Cəfərovun 1975-ci ildə yaratdığı “Rəşid Behbudovun portreti” əsərinin hekayəsi haqqında qısa video nümayiş olunub. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Növ :
SərgilərVaxt :
17 Dekabr 2025 - 31 Dekabr 2025event gallery