Noyabrın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” sərgisinin açılış mərasimi keçirilib. 

Noyabrın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” sərgisinin açılış mərasimi keçirilib.

Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlıq Akademiyasının və Azərbaycan Milli İncəsənət Muzeyi birgə təşkilatçılığı ilə keçirilən sərgi türkdillli dövlətlərin və Macarıstanın incəsənət və rəssamlıq üzrə ali təhsil müəssisələrinin rəhbərlərini bir araya gətirən Rektorlar Şurasının ilk iclası və Azərbaycan Rəssamlıq Akademiyasının yaranmasının 25 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində həyata keçirilib.

Sərginin açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Salhab Məmmədov, Qırğız Respublikasının T. Sadıkov adına Milli İncəsənət Akademiyasının rektoru Aidarbek Usukeev, Şimali Kipr Türk Respublikasının Arkin Yaratıcı Sanatlar və Tasarım Universitetinin rektoru Asım Vehbi, Qazaxıstan Respublikasının T.Yorqenov adına Qazax Milli İncəsənət Akademiyasının rektoru Arman Judebayev, Macarıstan Rəssamlıq Universitetinin rektoru İstvan Eros, Mimar Sinan Universitetinin Təsviri sənət fakültəsinin dekan müavini Yusuf Şengür, Özbəkistan Rəssamlıq Akademiyasının elmi katibi Feruza Abdıxanova çıxış ediblər.

Onlar çıxışlarında türkdilli dövlətlərin və Macarıstanın incəsənət universitetlərinin tələbələrinin əsərlərindən ibarət sərginin ortaq mədəni dəyərlərimizi nümayiş etdirdiyini qeyd ediblər. Dostluq, birlik və əməkdaşlıq mesajlarının sənət vasitəsilə çatdırıldığı belə layihələrin mədəni əlaqələrin güclənməsinə töhfə verdiyini vurğulayıbıar.

Daha sonra qonaqlar “Sərhədsiz incəsənət” sərgisi və AMİM-nin yeni daimi ekspozisiyaları ilə tanış olublar.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    19 Noyabr 2025 - 20 Noyabr 2025

event gallery