Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində “Zəfərin rəngləri” adlı sərginin açılışı keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzeyin birgə təşkilatçılığı ilə keçirilən sərgi 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr olunub.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Xalq rəssamı Salhab Məmmədov çıxış edərək sərginin qələbəmizin sənət salnaməsini yaradan rəssamların Vətənə olan sevgisinin, qürur və birliyimizin rənglərdəki təcəssümü olduğunu vurğulayıblar. Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin I və II Qarabağ müharibəsinin veteranı olan əməkdaşları səhnəyə dəvət edilib və onların timsalında tarixi zəfəri qazandıran bütün qəhrəmanlar minnətdarlıqla alqışlanılıb.
Ekspozisiyada tanınmış və gənc rəssamların Vətən müharibəsi qəhrəmanlarına, Böyük Qayıdışa və Qarabağın füsünkar təbiətinə həsr olunmuş əsərləri təqdim olunur.
Sərgidə Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, Əməkdar rəssamlar Adil Şıxəliyev, Elşən Hacızadə, eləcə də müasir rəssamlar Vəfa Pənahova, İntiqam Ağayev, Nigar Vəliyeva və digərlərinin müxtəlif texnikalarda işlədikləri əsərlər yer alır.
“Cıdır düzü”, “Xarıbülbül”, “Qayıdış”, “Zəfərin şəfəqi”, “Şuşa, sən azadsan” kimi əsərlər möhtəşəm qələbə ruhunu və qəhrəmanların obrazlarını bədii dildə ifadə edir.
Sərgi 9 noyabr tarixinədək davam edəcək.
Növ :
SərgilərVaxt :
6 Noyabr 2025 - 9 Noyabr 2025event gallery