4 noyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan incəsənət xəzinəsi” adlı yeni daimi ekspozisiyanın açılış mərasimi keçirilib. Yeni ekspozisiya 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5 illiyi münasibətilə təqdim edilib.
4 noyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan incəsənət xəzinəsi” adlı yeni daimi ekspozisiyanın açılış mərasimi keçirilib. Yeni ekspozisiya 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5 illiyi münasibətilə təqdim edilib.
Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Xalq rəssamı Salhab Məmmədov çıxış ediblər. Onlar Zəfər Günü ərəfəsində açılan bu ekspozisiyanın Azərbaycan xalqının dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi nadir sənət incilərindən ibarət olmaqla, təkcə incəsənət hadisəsi deyil, həm də milli qürur və qalibiyyət ruhunun bədii təcəssümü olduğunu qeyd ediblər.
Ekspozisiyada Azərbaycan incəsənətinin Tunc dövründən XX əsrin əvvəlinədək keçdiyi inkişaf yolu ardıcıl və elmi əsaslarla təqdim olunub. Tunc və antik dövrlərə aid keramika və bədii metal məmulatları qədim sənətkarlığımızın yüksək səviyyəsini nümayiş etdirir. Qadın bütü və balbal heykəli qədim inanc və əcdadlar kultunu əks etdirən unikal eksponatlardandır. İlk dəfə olaraq arxeoloji materialların tapıldığı yerlər xəritə üzərində göstərilib, qara cilalı keramikanın hazırlanması isə animasiya filmi şəklində təqdim olunur. Orta əsrlərə aid ağacoyma, misgərlik, zərgərlik, bədii tikmə və xalça nümunələri xalq sənətkarlığının zənginliyini və bədii zövqünü nümayiş etdirir. Səfəvi və Qacar dövrlərinə aid miniatürlər, keramika və kaşı sənəti nümunələri, eləcə də Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab və Abbas Hüseyninin əsərləri Azərbaycan təsviri və dekorativ sənətinin inciləri kimi təqdim olunur.
Növ :
SərgilərVaxt :
4 Noyabr 2025 - 31 Dekabr 2028event gallery