8 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutub.
8 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutub.
Sərginin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamları Salhab Məmmədov, Fuad Salayev, Arif Hüseynov, Əməkdar incəsənət xadimi Validə Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov, Azərbaycan Rəssamlıq Akademiyasının “Dizayn” kafedrasının müdiri Faiq Dadaşov çıxış edərək rəssamın zəngin yaradıcılığı və Azərbaycan təsviri sənətinə verdiyi töhfələrdən danışıblar. Sonda Əməkdar rəssam,professor Arif Ələsgərov yaradıcılığı haqqında səslənən fikirlərə və ümumilikdə sənətə verilən yüksək dəyərə görə öz təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Muzeyin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın müxtəlif illərə aid 60-dan çox qrafika və rəngkarlıq əsəri nümayiş olunur.
Sərgidə rəssamın həm qrafika, həm də rəngkarlıq işlərində sadə insanların həyatı, nəsillərarası münasibətlər, sevgi, varlığın mənası və başlanğıcı kimi mövzular əksini tapıb.
Yağlı boya, ofort, monotipiya və litoqrafiya texnikalarında işlənmiş “Güclülər”, “İp üzərində gəzənlər”, “Dulusçu”, “Ovçu”, “Güləş”, “Usta və şagirdlər” kimi əsərlər ziyarətçiləri rəssamın bədii təxəyyülü ilə tanış edir. “Pəhləvan” əsərinin həm ənənəvi, həm də animasiya formada nümayişi sərginin diqqətçəkən hissələrindəndir.
Qeyd edək ki, “Köhnə bakılı: həsrət və duyğular” sərgisi 26 oktyabr 2025-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.
Növ :
SərgilərVaxt :
8 Oktyabr 2025 - 26 Oktyabr 2025event gallery