İyunun 25-də Əməkdar rəssam, ali dərəcəli bərpaçı, AMİM-nin Elmi-bərpa şöbəsinin müdiri Natiq Səfərovun 65 illik yubileyinə həsr olunmuş "Bərpa: Keçmişə ehtiram, gələcəyə miras" adlı sərgi çərçivəsində sənətkarla görüş və ustad dərsi keçirilib.

Natiq Səfərov görüş iştirakçılarına sərgilənən muzey eksponatlarının bərpa prosesi ilə bağlı geniş məlumatlar verib və yaddaqalan məqamları onlarla paylaşıb.

Qonaqlar bərpa sənətinin ehtiva etdiyi incəliklər, restavrasiya zamanı müxtəlif sənət növlərinə spesifik yanaşmalar haqqında çoxsaylı bilgilər əldə ediblər.

Sonda auditoriyanın sualları cavablandırılıb və görüş qonaqların səmimi təşəkkürləri, gur alqışları ilə başa çatıb.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    25 İyun 2025 - 25 İyun 2025

event gallery