Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan  Mədəniyyət günləri çərçivəsində - 21 aprel 2025- ci il tarixində Qapar Aytiyev adına Qırğızıstan Milli Təsviri Sənət Muzeyində "Sənət incilərində yaşayan Azərbaycan millli irsi" adlı sərginin açılışı baş tutub. Burada yer almış Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmiş əsərlərdən ibarətMirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağındaadlı ekspozisiya XIX əsr Azərbaycan təsviri sənətinin inkişafında əvəzsiz rol oynamış görkəmli rəssam Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illik yubileyinə həsr olunub.

20-25 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

İki ölkənin mədəni əlaqələri sahəsində yeni səhifə açacaq bu mühüm günlərdə qardaş qırğız xalqına Azərbaycan mədəniyyətinin müxtəlif sahələri təqdim olunur.

Mədəniyyət günləri çərçivəsində - 21 aprel 2025- ci il tarixində Qapar Aytiyev adına Qırğızıstan Milli Təsviri Sənət Muzeyində "Sənət incilərində yaşayan Azərbaycan millli irsi" adlı sərginin açılışı baş tutub. Burada yer almış Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmiş əsərlərdən ibarət “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında” adlı ekspozisiya XIX əsr Azərbaycan təsviri sənətinin inkişafında əvəzsiz rol oynamış görkəmli rəssam Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illik yubileyinə həsr olunub. Dahi sənətkarın muzeyimizdə qorunub saxlanılan əsərlərinin və yaşadığı dövrün aparıcı sənət üslubunda yaranmış təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayişi ekspozisiyanın əsas konsepsiyasını təşkil edir.

Açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli , Qırğız Respublikası Mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Gülbara Abdıkalıkova, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, eləcə də İran, Pakistan, Özbəkistanın Qırğızıstandakı səfirləri, iki ölkənin tanınmış mədəni və ictimai xadimlər iştirak ediblər.

AMİM-nin direktoru Şirin Məlikova qonaqlara sərgi haqqında geniş məlumat verib.

Sərgi iştirakçılar tərəfindən böyük maraqla izlənilib.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    20 Aprel 2025 - 25 Aprel 2025

event gallery