Qlobal iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən böyük tədbiri sayılan COP29 çərçivəsində Azərbaycana gələn xarici dövlətlərin nümayəndələri muzeyimizi ziyarət etməkdə davam edirlər. Növbəti qonaqlarımız Esvatini Krallığının Baş naziri Rassel Mmemo Dlamini və həyat yoldaşı, Braziliya Federativ Respublikasının Mədəniyyət Nazirliyinin təmsilçiləri Rikardo Madeyros Koelyo, Vinisius Gürtler, Birləşmiş Ərəb Əmirliklərin Mədəniyyət Nazirliyinin aparıcı araşdırmaçısı Mahnaz Fensi və İsveçrənin Lozzana şəhərində yerləşən, klassik musiqi sahəsindəki gənc istedadlara dəstək verməklə tanınan “Klassik” platformasının təsisçisi Katarina Amon olublar.
Qlobal iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən böyük tədbiri sayılan COP29 çərçivəsində Azərbaycana gələn xarici dövlətlərin nümayəndələri muzeyimizi ziyarət etməkdə davam edirlər. Növbəti qonaqlarımız Esvatini Krallığının Baş naziri Rassel Mmemo Dlamini və həyat yoldaşı, Braziliya Federativ Respublikasının Mədəniyyət Nazirliyinin təmsilçiləri Rikardo Madeyros Koelyo, Vinisius Gürtler, Birləşmiş Ərəb Əmirliklərin Mədəniyyət Nazirliyinin aparıcı araşdırmaçısı Mahnaz Fensi və İsveçrənin Lozzana şəhərində yerləşən, klassik musiqi sahəsindəki gənc istedadlara dəstək verməklə tanınan “Klassik” platformasının təsisçisi Katarina Amon olublar. Onlara muzeyin tarixi, milli və dünya incəsənətini əhatə edən zəngin kolleksiyası haqqında geniş məlumat verilib.
Azərbaycanın görkəmli rəssam və heykəltəraşlarının daimi ekspozisiyada nümayiş olunan əsərləri, eləcə də COP29 çərçivəsində açılmış dahi sənətkar Səttar Bəhlulzadənin doğma təbiətin gözəlliklərini əks etdirən mənzərələrinin daxil edildiyi sərgisi böyük maraq və heyranlıq hissi doğurub. Sonda incəsənətimiz haqqında xoş təəssüratlarını bölüşən qonaqlar xatirə dəftərinə ürək sözlərini qeyd ediblər.
Növ :
TədbirlərVaxt :
13 Noyabr 2024 - 13 Noyabr 2024event gallery