СOP29 çərçivəsində Bakıya gəlmiş İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin sədri xanım Dana Firas Azərbaycan Mİlli İncəsənət Muzeyinin qonağı olub. Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynovla birgə muzeyi ziyarət edən xanım Firası AMİM-in direktoru Şirin Məlikova qarşılayıb və fəxri qonağa ölkənin bu aparıcı mədəniyyət ocağının tarixi, yerləşdiyi unikal memarlıq həllinə malik binaları, dünya və milli irs nümunələrini əhatə edən zəngin kolleksiyası haqqında məlumat verib.
СOP29 çərçivəsində Bakıya gəlmiş İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin sədri xanım Dana Firas Azərbaycan Mİlli İncəsənət Muzeyinin qonağı olub. Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynovla birgə muzeyi ziyarət edən xanım Firası AMİM-in direktoru Şirin Məlikova qarşılayıb və fəxri qonağa ölkənin bu aparıcı mədəniyyət ocağının tarixi, yerləşdiyi unikal memarlıq həllinə malik binaları, dünya və milli irs nümunələrini əhatə edən zəngin kolleksiyası haqqında məlumat verib. 1920-1980-ci illərdə milli rəngkarlıq və qrafika sənətini təmsil etmiş, realizm və avanqardizm istiqamətlərində çalışmış görkəmli rəssamların daimi ekspozisiyada yer alan əsərləri, COP29 çərçivəsində açılmış müasir mənzərə rəngkarlığının görkəmli nümayəndəsi Səttar Bəhlulzadənin "Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı" sərgisi ilə tanışlıq qonaqda Azərbaycan incəsənətinə xüsusi heyranlıq doğurub. Muzeyin dünya incəsənətindən ibarət kolleksiyası ilə də tanış olan şahzadə Dana Firas səmimi təşəkkürlərini bildirərək xatirə kitabına öz ürək sözlərini yazıb.
Type :
EventsTime :
Nov. 19, 2024 - Nov. 19, 2024event gallery