Oktyabrın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “Əfsanə.Rəssam.İnsan.Firudin Abbasov” adlı xatirə gecəsi keçirildi. Yaşadığı həyat boyu tamaşaçı üçün naməlum qalmış, sənəti yalnız yaxın dost çevrəsinə bəlli olmuş istedadlı rəssam Firudin Abbasova həsr edilmiş gecədə onun parlaq yaradıcı şəxsiyyətinə və keçdiyi həyat yoluna nəzər salındı.
Oktyabrın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “Əfsanə.Rəssam.İnsan.Firudin Abbasov” adlı xatirə gecəsi keçirildi. Yaşadığı həyat boyu tamaşaçı üçün naməlum qalmış, sənəti yalnız yaxın dost çevrəsinə bəlli olmuş istedadlı rəssam Firudin Abbasova həsr edilmiş gecədə onun parlaq yaradıcı şəxsiyyətinə və keçdiyi həyat yoluna nəzər salındı. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova rəssamın yaradıcılığının sənətşünaslıq elmi üçün aktuallıq qazanmasında bu tədbirin əhəmiyyətli olacağını söylədi. Firudin Abbasovun sənət və ömür yolunun müşahidəçiləri olmuş tanınmış rəssam və sənətşünaslar – Elçin Şamilli, Ziyadxan Əliyev, Məmmədhüseyn Hüseynov, Rafael Gülməmmədli öz çıxışlarında onun həyatının müxtəlif məqamlarından bəhs edən maraqlı xatirələri tamaşaçılarla bölüşdülər, xarakterinin unikallığından, özünəməxsus yaradıcılıq potensialını, bədii-fəlsəfi düşüncəsinin dərinliyini əks etdirən əsərlərindən bəhs etdilər. Tədbirdə, həmçinin ilk dəfə rəssamın şəxsi kolleksiyalarda qorunub saxlanılan rəngkarlıq, heykəltəraşlıq və qrafika əsərləri nümayiş olundu.
Tədbirin sonunda Elçin Şamilli və rəssam Fikrət İbrahimli tərəfindən rəssamın iki qrafika, bir heykəltəraşlıq və bir rəngkarlıq əsəri muzeyə hədiyyə edilib.
Növ :
TədbirlərVaxt :
23 Oktyabr 2024 - 23 Oktyabr 2024event gallery