Noyabrın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə teatr” layihəsi çərçivəsində Bakı Uşaq və Gənclər Teatrı nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyasının “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” adlı tamaşası nümayiş olunub.

Larisa Viktorovna Tarasovanın quruluş verdiyi tamaşa Bakının müxtəlif ümumtəhsil məktəblərinin şagirdlərinin və gənc aktyorların iştirakı ilə həyata keçirilib.

Vətənpərvərlik mövzusunu əks etdirən tamaşada gənc aktyorlar tərəfindən 44 günlük Zəfər savaşımız, Qarabağın tarixi, mədəni irsi və Azərbaycanın ayrılmaz bir parçası kimi əhəmiyyəti canlandırılıb.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    29 Noyabr 2025 - 29 Noyabr 2025

event gallery