Noyabrın 14-də Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi yanında Federal Dövlət Büdcə Mədəniyyət Müəssisəsi “Dövlət Rus Muzeyi” tərəfindən təşkil olunmuş “Mədəni irs obyekti proyektor işığında” adlı onlayn beynəlxalq elmi-praktik konfransda iştirak edib. Şirin Məlikova öz çıxışında Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyalarında multimedia vasitələrinin tətbiqindən danışıb. 

Noyabrın 14-də Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi yanında Federal Dövlət Büdcə Mədəniyyət Müəssisəsi “Dövlət Rus Muzeyi” tərəfindən təşkil olunmuş “Mədəni irs obyekti proyektor işığında” adlı onlayn beynəlxalq elmi-praktik konfransda iştirak edib. Şirin Məlikova öz çıxışında Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyalarında multimedia vasitələrinin tətbiqindən danışıb. O, vurğulayıb ki, müasir texnologiyaların köməyi ilə muzey öz eksponatlarını interaktiv şəkildə də təqdim edərək ziyarətçilərə sənət əsərlərini dərindən anlamaq fürsəti verir. Muzeydə təşkil olunmuş “Salam, Novruz!” “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri”, “Səttar Bəhlulzadə — təbiətin ecazkar nağılı” və digər maraqlı konsepsiya həllinə malik sərgilərdə multimedia vasitələrindən geniş istifadə edilərək bir sıra incəsənət əsərləri müasir texnologiyalar vasitəsilə canlandırılıb, onlar haqqında daha geniş məlumat verən QR kodlar, interaktiv sensorlu ekranlar yerləşdirilib ki bütün bunlar ziyarətçilərə informasiyanı operativ, əlçatan və maraqlı şəkildə əldə etməyə imkan yaradır.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    14 Noyabr 2024 - 14 Noyabr 2024

event gallery