Mayın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində “Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar” adlı beynəlxalq elmi dəyirmi masa keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) birgə təşkilatçılığı, Yunus Əmrə İnstitutu və Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə baş tutmuş tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstandan dəvət olunmuş mütəxəssislərin məruzələri dinlənilib.
Mayın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində “Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar” adlı beynəlxalq elmi dəyirmi masa keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) birgə təşkilatçılığı, Yunus Əmrə İnstitutu və Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə baş tutmuş tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstandan dəvət olunmuş mütəxəssislərin məruzələri dinlənilib.
Dəyirmi masanın moderatoru Azərbaycan Milli İncəsənət Muzeyinin İnnovasiya şöbəsinin böyük elmi işçisi, s.ü.f.d. Xədicə İbrahimova olub.
Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, s.ü.f.d., dosent Şirin Məlikova, Özbəkistan Respublikası Elmlər Akademiyasının Sənətşünaslıq İnstitutunun baş elmi işçisi, s.e.d., professor, Özbəkistan Respublikası Rəssamlıq Akademiyasının akademiki Niqora Axmedova, Ankara Rəsm və Heykəl Muzeyinin direktoru Erdem Akkurt, Q.Aytiev adına Qırğızıstan Milli Təsviri Sənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət xadimi Aygül Mambetkaziyeva, A. Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin rəngkarlıq və teatr-dekorativ sənət sektorunun müdiri Samal Mamıtova, AMİM-nin Elmi-tədqiqat şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli və A.Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin aparıcı elmi işçisi, s.ü.f.d Amir Cadaybayev çıxış ediblər.
Dəyirmi masada müasir dövrdə türk xalqlarının təsviri sənətinin qloballaşma prosesləri fonunda keçdiyi mürəkkəb və çoxqatlı inkişaf yolu müzakirə olunub. Bildirilib ki, beynəlxalq vizual mədəniyyət sistemləri və qarşılıqlı əlaqələr genişlənsə də, milli-mədəni yaddaş, ənənəvi ornamentika, folklor və mifoloji təfəkkür lokal bədii dilin əsasını təşkil etməyə davam edir.
Tədbir çərçivəsində qlobal və lokal bədii ənənələrin qarşılıqlı təsiri, bu münasibətin yaratdığı transformasiya və sintez prosesləri elmi müstəvidə araşdırılıb. Eyni zamanda qlobal və lokal diskursların toqquşma və inteqrasiya nöqtələri müqayisəli şəkildə təhlil olunub, türk xalqlarının təsviri sənətinin qlobal sənət sisteminə inteqrasiyası fonunda milli kimliyin qorunması və müasirləşməsi məsələlərinə xüsusi diqqət yetirilib.
TÜRKSOY Muzeylər Birliyinin Baş koordinatoru, TÜRKSOY-un şöbə müdiri Cavid Mövsümlü və TÜRKSOY Muzeylər Birliyinin Azərbaycan üzrə koordinatoru Şirin Məlikova tərəfindən TÜRKSOY Muzeylər Birliyinin üzvlük sertifikatı Azərbaycan Milli Xalça Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Kamil Əliyevin “Qızılı Xalçalar” Qalereyasına təqdim olunub.
Növ :
TədbirlərVaxt :
6 May 2026 - 6 May 2026event gallery