Mayın 5-də Səudiyyə Ərəbistanı Kral Əbdüləziz Fondunun nümayəndə heyəti Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib.
Mayın 5-də Səudiyyə Ərəbistanı Kral Əbdüləziz Fondunun nümayəndə heyəti Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib.
Qonaqlara ekskursiya çərçivəsində “Azərbaycan incəsənət xəzinəsi”, “1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası”, eləcə də Qərbi Avropa, rus və Şərq ölkələri incəsənətinə aid əsərlərin nümayiş olunduğu daimi ekspozisiyalar haqqında geniş məlumat verilib.
Nümayəndə heyəti, həmçinin Xalq rəssamı Cahangir Rüstəmovun 100 illik yubileyinə həsr olunmuş “Sənət yolunun izləri: Cahangir Rüstəmovun yaradıcılıq dünyası” adlı sərgi ilə də tanış olublar.
Növ :
TədbirlərVaxt :
5 May 2026 - 5 May 2026event gallery