COP29 çərçivəsində ölkəmizdə səfərdə olan qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət etməkdə davam edirlər. Birləşmiş Ərəb Əmirliklərinin İncəsənət və İrs alt sektorunun köməkçi müşaviri vəzifəsini icra edən Zati-aliləri xanım Şətha Əl Mulla və BƏƏ Mədəniyyət Nazirliyinin nümayəndəsi Məhnaz Fənsi növbəti qonaqlar olublar.
COP29 çərçivəsində ölkəmizdə səfərdə olan qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət etməkdə davam edirlər. Birləşmiş Ərəb Əmirliklərinin İncəsənət və İrs alt sektorunun köməkçi müşaviri vəzifəsini icra edən Zati-aliləri xanım Şətha Əl Mulla və BƏƏ Mədəniyyət Nazirliyinin nümayəndəsi Məhnaz Fənsi növbəti qonaqlar olublar. Onlar muzeyin 1920-1980-ci illərin görkəmli rəssamlarının əsərlərindən ibarət daimi ekspozisiyası, COP29 çərçivəsində açılmış "Səttar Bəhlulzadə -təbiətin ecazkar nağılı", eləcə də hazırda davam edən "Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri", Əməkdar rəssam Məmməd Mustafayevin "Gizli və aşkar" sərgiləri ilə yaxından tanış olaraq, xoş təəssüratlarını xatirə kitabına yazıblar.
Вид :
МероприятияДата :
18 ноября 2024 г. - 18 ноября 2024 г.Фотогалерея