COP29 çərçivəsində Azərbaycana gələn Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova və onu müşayiət edən nümayəndə heyəti Azərbaycan Milli İncəsənət Muzeyinin qonağı olub. 

COP29 çərçivəsində Azərbaycana gələn Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova və onu müşayiət edən nümayəndə heyəti Azərbaycan Milli İncəsənət Muzeyinin qonağı olub. Xanım Silyanovska- Davkova muzeyin ekspozisiyası ilə tanış olub. Azərbaycan rəssamlarının əsərlərindən böyük zövq alan xanım Silyanovska- Davkova muzeyin “1920-80- ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı sərgisinə böyük maraq göstərib. Xalq rəssamı Nadir Əbdürrəhmanovun həm kompozisiya,həm də mükəmməl koloritə malik,obrazlı,emosional çalarlı,estetik cəhətdən ifadəli "Dağlarda payız” adlı əsərə xüsusi diqqət ayırmış,əsər onu valeh etmişdir. Daha sonra Şimali Makedoniyanın Prezidenti Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovaya dərin təşəkkürünü bildirərək muzeydən xoş təəssüratlarla ayrılıb.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    12 Noyabr 2024 - 12 Noyabr 2024