Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi Olimpiya stadionunda ölkəmizin qədim tarixi-mədəni irsinin təbliğ olunduğu "Təbiətin simvolları: Azərbaycanın bədii irsi" adlı sərgi təşkil edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi Olimpiya stadionunda ölkəmizin qədim tarixi-mədəni irsinin təbliğ olunduğu "Təbiətin simvolları: Azərbaycanın bədii irsi" adlı sərgi təşkil edilib. Sərginin ekspozisiyasında Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmiş əsərlər də yer alıb. Bu sənət inciləri mədəniyyətimizin qədimliyini nümayiş etdirən, nəfis mənzərə təsvirləri ilə seçilən XIV-XIX əsrlərə aid keramika və bədii kaşı nümunələri, dahi sənətkar, Azərbaycan təbiətinin "nəğməkarı" Səttar Bəhlulzadənin və görkəmli rəssam, öz əsərlərində doğma yurdun gözəlliklərini böyük məhəbbətlə yaratmış Maral Rəhmanzadənin məşhur rəngkarlıq tablolarıdır.
Növ :
TədbirlərVaxt :
16 Noyabr 2024 - 16 Noyabr 2024event gallery